Ermənistan İran dronlarından istifadə edib? - AÇIQLAMA

14:01 - 12 Aprel 2023

Ermənistan İran dronlarından istifadə edib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu münaqişə sırasında Ermənistan tərəfinin İran dronlarından istifadə etdiyi haqda məlumatlar yayılıb.

Bəs, bu məlumat nə dərəcədə dəqiqdir?

Manset.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, bu cür kiçik dəstələr arasında olan münaqişələrdə dronların əhəmiyyəti yoxdur:

“Azsaylı iki hərbi hissə, 20-30 nəfər qarşı-qarşıya, bir-birini görərək döyüşürsə, burada dronların nə əhəmiyyəti var? Belə döyüşlərdə dronun tətbiqinə lüzum oxdur. Dron başqa məqsədlər üçün istifadə olunur. Havaya qalxıb mənzərəni müşahidə edir, sonra onu komandirə ötürür. Komandir də həmin mənzərə əsasında qərar verir ki, kim hara getməlidir. Artilleriyaya xəbər verir ki, filan yerdə düşmən var, ora atəş açın. Digər halda zərbə dronu istifadə oluna bilər. Bu zaman o özü harasa yönəlib həmin ərazini bombalayır. Amma bu cür kiçik qrupların döyüşlərində dronlara ehtiyac yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az