Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi - FOTOLAR

15:28 - 13 Aprel 2023

Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi - FOTOLAR

Ağsu RQİİ-nin bir sıra xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə görüş keçirilib.

 

Manset.az xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyevin iştirakı ilə keçirilən görüşlər ardıcıl olaraq Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində baş tutub.

Qurum rəsmisi nəzarətçi-çilingərləri narahat edən problemləri, həmçinin tələb və təklifləri dinlədikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verib.

Daha sonra hər  bir xidmət sahəsindən 2 əməkdaş olmaqla ümumilikdə 6 nəfər nümunəvi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Sonda baş direktorun təşəkkür və tapşırıqlarını nəzarətçi-çilingərlərə çatdıran C.Şıxəliyev onlara işlərində uğurlar arzulayıb.

1
 

1
 

1
 

1
 

1


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az