“Azərbaycan Teatr Xadimləri İttifaqına sədr 2024-cü ildə seçiləcək”.
Manset.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov deyib.
O, həmin müddətə kimi ittifaqın sədr vəzifəsini özü idarə edəcəyini bildirib:
“2024-cü ildə konfrans keçirilməlidir. Konfrans 5 ildən bir keçirilir. Həmin konfransda sədr seçilməlidir. Həmin vaxta kimi bu vəzifəyə seçkinin keçirilməsi qeyri-mümkündür. Ancaq o vaxta qədər sədri əvəz edən müavini olacaq”.
Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqına sədri Xalq artisti Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə seçilmişdi. Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.