Allahverdi Məmmədli Ali Məhkəmədən getdi

17:09 - 14 Aprel 2023

Allahverdi Məmmədli Ali Məhkəmədən getdi

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb. O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az