"Ekoloji Bilik Günü"ndə ekoturizm yarışması - FOTOLAR

12:27 - 16 Aprel 2023

\"Ekoloji Bilik Günü\"ndə ekoturizm yarışması - FOTOLAR

15 aprel Ekoloji Bilik Günü Abşeron Milli Parkında Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə təşkil olunmuş "Xəzər sahilində" adlı komandalararası  ekoturizm yarışması ilə qeyd olunub. 

 

Manset.az xəbər verir ki, 60-dan artıq məktəblinin qatıldığı yarış Azərbaycan himni sədaları altında açılış mərasimi ilə başlanıb. Komandalar arasında Şahdili marşrutu üzrə piyada keçid yarışına start  verilib. Təyin olunmuş marşrut üzrə tapşırıqları yerinə yetirəndən sonra məktəblilər Xəzər sahili ərazilərdə tullantıların təmizlənməsi aksiyasına qoşulub.

Tədbirin yekununda  qaliblər diplomlar və xatirə hədiyyələri ilə  mükafatlandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az