Bu istiqamətdə yeni avtobus marşrutları açıldı

16:15 - 12 May 2023

Bu istiqamətdə yeni avtobus marşrutları açıldı

“Xocəsən” metrostansiyası istiqaməti üzrə müntəzəm avtobus marşrutları istifadəyə verilib.

 

Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Ceyranbatan qəsəbəsi - “Xocəsən” metrotansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi - “Xocəsən” metrostansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir.

Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az