Astarada elektrik stansiyasını su basdı - VİDEO

17:47 - 15 May 2023

Astarada elektrik stansiyasını su basdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az