Bakıda məktəbin həyətində kütləvi DAVA: 2 nəfər bıçaqlandı

09:27 - 12 İyun 2023

Bakıda məktəbin həyətində kütləvi DAVA: 2 nəfər bıçaqlandı

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az