Şahbaz Şərif də atəşkəsin pozulduğunu təsdiqlədi

19:01 - 08 Aprel 2026

Şahbaz Şərif də atəşkəsin pozulduğunu təsdiqlədi

Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

    O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

    “Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”, - o qeyd edib.

    Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı İsrailin atəşkəsi pozduğunu bildirib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az