Aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə bəzi yollarda xətlənmə işləri aparılır - VİDEO/FOTO

09:55 - 13 İyun 2023

Aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə bəzi yollarda xətlənmə işləri aparılır - VİDEO/FOTO

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi  və zəruri yerlərdə yol nişanlarının dəyişdirilməsi işləri icra olunur. 

 

Manset.az xəbər verir ki, sadalanan işlər iyun ayının 18-dək davam edəcək. Qeyd edək ki, işlər gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında icra olunur.

Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az