Onlar 4 min manata yaxın maaş alır

11:18 - 17 İyun 2023

Onlar 4 min manata yaxın maaş alır

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib. 

 

Bu barədə Manset.az-a  Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3714,9 manat, qeyri neft-qaz sektorunda 860,0 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az