Fransadan Böyük Britaniyaya keçməyə cəhd edən dörd qeyri-qanuni miqrant Manş dənizinin güclü axınına düşərək həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pas-de-Calais departamentində, Saint-Etienne-au-Mont açıq sahədə səhər saat 07:30 radələrində baş verib. Miqrantlar su üzərində onları gözləyən kiçik qayığa minməyə çalışarkən axına tutulublar. Hadisə yerinə axtarış-qurtarma briqadaları göndərilib.
François-Xavier Lauch bildirib ki, faciə zamanı ikisi kişi, ikisi qadın olmaqla dörd nəfər həlak olub, 38 nəfər isə xilas edilib.
Boulogne Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb.