Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacağı yerə, “İçərişəhər” stansiyasının qarşısına aparılıb.
Manset.az xəbər verir ki, bunu report-a açıqlamasında abidənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Onun sözlərinə görə, heykəl hələ tam quraşdırılmayıb: “Tam yerində deyil. Üç-dörd gün olar ki aparıblar. Hələ orada təmir gedir, pilləkənləri dəyişirlər. Açılışının vaxtı ilə bağlı dəqiq xəbər yoxdur”.