Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

17:23 - 23 İyun 2023

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

Baş Prokurorluqda qurumun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.

 

Bu barədə Manset.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilən dövlət qulluqçularına və veteranlara hədiyyələr təqdim edilib. Müzəffər Ali Baş Komandan tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulub.

Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycanın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az