DİN vətəndaşlara təşəkkür etdi

16:30 - 02 İyul 2023

DİN vətəndaşlara təşəkkür etdi

Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib.

 

Bu barədə DİN-dən Manset.az-a bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.

"Odur ki bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk", - deyə DİN-dən qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az