Kənd Təsərrüfatı Nazirliyinin yaydığı son məlumata görə, cari ilin 5 ayı ərzində Azərbaycanda 2 325,9 hektar sahədə çəltik əkilib.
Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda isə göstərilir ki, bu ilin 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 29 milyon 768.94 min ABŞ dolları dəyərində və 33 184.39 ton həcmində düyü idxal olunub.
Ötən ilin eyni dövründə isə bu idxal 20 milyon 342.73 min dollar dəyərində və 24 722.36 ton həcmində olub. Bu da göstərir ki, 1 il ərzində dəyərdə 9 milyon 426,21 min dollar və ya 31,66 faiz, həcmində isə 8 462,03 ton və ya 25,50 faiz artım baş verib.
Hesabatda göstərilməsə də, ölkəmizə düyü əsasən Hindistan, Çin və Pakistandan idxal olunur. Həm KTN-nin, həm də DGK-nin məlumatlarına baxdıqda, aydın olur ki, ölkədə istehsal azaldıqca, idxala üstünlük verilir və bu, ildən ilə daha da artır.
Onu da qeyd edək ki, bir neçə gündür, marketlərdə əsasən Hindistandan gətirilən düyü məhsullarının qiymətində artımların olacağı ilə bağlı məlumatlar yayılır. Bunu da həmin ölkə tərəfindən düyü ixracının azaldılması ilə əlaqələndirilir. Hətta bu ölkədən gələn məhsulun həcminin də azaldığı göstərilir ki, bu da düyünün qiymətinin artmasına səbəb olur.
Yayılan informasiyalar nə qədər doğrudur? Həqiqətənmi, düyünün qiymətləri bahalaşır?
Manset.az xəbər verir ki, bu və digər sualları cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında, bu informasiyanın yanlış olduğunu diqqətə çatdırdı:
“Hazırda Hindistanda düyü bahalaşmayıb və bu barədə yayılan informasiya yanlışdır. Əksinə bu il Hindistanda çəltik və digər dənli bitkilərdə yüksək məhsuldarlıq əldə edilib. Belə olan halda, nəyə görə ixracı azaltmalıdır? Burada heç bir məntiq yoxdur.
İdxalçı şirkət və ya sahibkar bahalaşmaya getmək və əhalinin nəbzini yoxlamaq üçün bu cür informasiyalara əl atır. Əhaliyə çatdırır ki, idxal etdiyimiz ölkədə məhsul bahalaşdığı üçün biz də qiymətləri qaldırmağa məcbur oluruq. Kiçik bir araşdırma aparsaq, görərik ki, həmin ölkədə qiymətlə onun dediyinin əksinə, bir qədər ucuzlaşıb”.
Azərbaycanda son illər çəltik istehsalının azaldığını, amma idxalının artdığını təsdiq edən müsahibimiz bunun səbəbini ölkəmizdə düyünün istehsal olunmaması ilə əlaqələndirib:
“Buna görə də ölkəmizdə düyüyə olan tələbat tam ödənilmir və nəticədə həm iqtisadiyyatın xaricdən asılılığı, həm də valyutaya olan daxili tələbat artıb, yəni ölkədən xaricə valyuta axını kəskinləşib. Bundan başqa, çəltik zəhmətli və böyük əmək tələb edən məhsuldur. Əgər bu sahə stimullaşdırılmasa, inkişaf etdirmək də çətin olacaq və ildən-ilə geri gedəcək”.
Müsahibimizin sözlərinə görə, həm düyünün, həm də digər ərzaq məhsullarının qiymətində artımın bir səbəbi, gömrük rüsumları ilə əlaqədardır:
“Son illər gömrük sahəsində aksizlərin və gömrük rüsumlarının məbləği qeyri-qanuni şəkildə artırlır. Bu da məhsulun maya dəyərinin artmasına səbəb olur. Son illər ərzində ölkədə inhisarçı bazar formalaşdırılıb. Bu bazarı yaradan sahibkar gömrük rüsumlarının artdığını bəhanə edərək bahalaşmaya gedir və bundan yararlanaraq xərclərinin artmasını bəhanə edir. Əslində isə belə deyil, yəni əgər xərclər bir faiz artırsa, sahibkar qiyməti 10 dəfə qaldırır”.
Son dövrlərdə dünya bazarında çəltik qiymətlərində artımların olmadığını söyləyən ekspert düşünür ki, bunun da məhsulun maya dəyərinə hər hansı bir təsiri ol bilməz:
“Qiymətlər 3 ay əvvəl necə idisə, hazırda da sabit şəkildə qalmaqdadır. Üstəlik bir qədər ucuzlaşma müşahidə olunur. Ona görə ki, yay aylarında düyüyə və digər paxlalı məhsullara tələbat az olur”.
Düyünün qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA
12:42 - 05 İyul 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
13 Noyabr 2026 - 19:45
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
13 Noyabr 2026 - 22:34
Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
13 Noyabr 2026 - 18:12
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 - 16:46
3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
14 Noyabr 2026 - 09:03
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
14 Noyabr 2026 - 01:38
Azərbaycan millisi Lixtenşteyni məğlub etdi - YENİLƏNİB
13 Noyabr 2026 - 23:29
Rusiyada AĞIR QƏZA - Azərbaycan vətəndaşı həlak oldu
13 Noyabr 2026 - 19:24
Pərvanə Vəliyeva seçiciləri ilə görüşdü - FOTOLAR
13 Noyabr 2026 - 16:39
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi
13 Noyabr 2026 - 18:26
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatdı - VİDEO
13 Noyabr 2026 - 18:02
Mikroavtobusla yük maşını toqquşdu - 23 nəfər həlak oldu
13 Noyabr 2026 - 21:18
Yeraltı keçiddən istifadə etmədi - Həyatını itirdi - VİDEO
Xəbər xətti
- 14 Noyabr 2026
- 15:21 Qazax sakinində odlu silah-sursat aşkarlandı
- 15:04 Bəxtiyar Dali ilə bağlı QƏRAR
- 14:46 Sumqayıtda 5 maşın toqquşdu - Yaralılar var
- 14:32 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
- 14:14 Rövşən Nəcəf Azərbaycan millisini təbrik etdi
- 13:58 Qəzaya düşən deputatın vəziyyəti açıqlandı
- 13:45 Qızıl oğurluğunda şübhəli bilinən şəxs saxlanıldı
- 13:35 17 yaşlı qızı qaçıran ana və 2 oğlu məhkum edildi
- 13:20 Dələduzluğa görə axtarılan 9 nəfər istintaqa təhvil verildi
- 13:05 Borcu olan sakinlər istiliksiz qalacaq - RƏSMİ
- 12:55 Sabah yağış yağacaq - PROQNOZ
- 12:50 Naxçıvanda qəzaya düşən deputat kimdir?
- 12:34 Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
- 12:25 Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş - FOTO
- 12:17 Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO
- 12:04 Nazirliyin əməkdaşı qəfil vəfat etdi
- 11:57 Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək
- 11:38 Nazirlikdən qeyri-sabit hava ilə bağlı MÜRACİƏT
- 11:21 Deputatın da xəsarət aldığı qəzada həlak olan qazinin FOTOSU
- 11:05 Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- 10:50 Bakıda qardaş bacını bıçaqladı
- 10:39 Axtarışda olan 156 nəfər saxlanıldı
- 10:26 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
- 10:15 Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA
- 10:05 80 yaşlı qadının ölkədən çıxışına məhdudiyyət qoyuldu
- 09:53 Hörmüzdə tanker minaya düşərək yandı
- 09:43 Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək - Millətlər Liqası
- 09:33 Neftimizin qiyməti 103 dollara yaxınlaşır
- 09:23 Füzulidə AĞIR QƏZA - 3 ölü, 4 yaralı var
- 09:13 Millətlər Liqasında V tur - 10 oyunun NƏTİCƏSİ
- 09:03 Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
- 08:30 Pnevmoniya ilə bağlı 5 yanlış fikir
- 08:00 100 yaşa çatanların qidalanma sirri
- 01:38 Azərbaycan millisi Lixtenşteyni məğlub etdi - YENİLƏNİB
- 01:30 Xurmanın faydaları və zərərləri
- 00:52 Polis Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxladı
- 13 Noyabr 2026
- 23:46 BMW 720 mindən çox avtomobili geri çağırır
- 23:29 Rusiyada AĞIR QƏZA - Azərbaycan vətəndaşı həlak oldu
- 23:16 Azərbaycan- Lixtenşteyn matçının start heyətləri
- 22:52 Bakıda evdən meyit tapıldı
- 22:34 Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
- 22:16 Peru sahillərində zəlzələ baş verdi
- 21:52 Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı
- 21:33 O, oktyabrın ən yaxşısı seçildi
- 21:18 Yeraltı keçiddən istifadə etmədi - Həyatını itirdi - VİDEO
- 21:00 39 yaşlı kişi sirkə turşusundan zəhərlənib ÖLDÜ
- 20:44 Ağsuda ağır QƏZA - Azyaşlı xəsarət aldı
- 20:21 "Qurban Qurbanov əfsanədir" - Kaşuk
- 20:04 Biləsuvarda motosikletlə yük maşını toqquşdu - Ölən var
- 19:45 Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
- 19:32 İpoteka üçün müraciət edənlərin SAYI