Livanda borca görə ölkə boyu işıqlar söndürüldü

17:31 - 17 Avqust 2023

Livanda borca görə ölkə boyu işıqlar söndürüldü

Livanda bütün ölkə ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.

 

Manset.az “Qafqazinfo”ya telekanalına istinadən xəbər verir ki, buna səbəb ölkənin “Primesouth” enerji şirkətinə borcunun olmasıdır. 

Bildirilir ki, şirkət ölkədə yeganə olan Deyr-Ammar və Al-Zahrani elektrik stansiyalarının işini dayandırıb. 

Nəticədə xəstəxanalar, yaşayış evləri, dövlət müəssisələri, eləcə də Beyrut hava limanı işıqsız qalıb. Hava limanı hələ ki fəaliyyətini generatorlar vasitəsilə davam etdirir. 

“Primesouth”dan verilən məlumata görə, şirkət vəziyyəti nizamlamağa çalışıb və stansiyaları hələ avqustun 11-i söndürmək istəyib.

Lakin Livan rəhbərliyi borcunu ödəməklə bağlı vədlər verdiyindən onlara bir qədər vaxt verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az