Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

21:57 - 12 Aprel 2026

Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.


Manset.az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.

Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az