Ukraynada müharibədə yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı açıqlandı

12:44 - 06 Sentyabr 2023

Ukraynada müharibədə yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı açıqlandı

Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.

 

 

Manset.az Report-a istinadən xəbər verir ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evləri tamamilə dağılıb və yaxud ciddi zərər çəkib.

Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.

Qeyd edək ki, bu, rəsmi statistika deyil, büromuzun araşdırma nəticəsində məlum olan mümkün rəqəmlərdir. Bu səbəbdən say daha artıq da ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az