Yerə 5 asteroid yaxınlaşır - FOTO

15:06 - 06 Sentyabr 2023

Yerə 5 asteroid yaxınlaşır - FOTO

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) saytında məlumat verilib.

Bildirilir ki, ən yaxın asteroid bu gün Yerə maksimum yaxınlaşacaq. Ev böyüklüyündə olduğu hesab edilən səma cisminin planetimizin 5,11 milyon kilometr məsafəsindən keçəcəyi dəqiqləşib.

Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyektin sentyabrın 8-də Yerə yaxınlaşacağı gözlənilir (müvafiq olaraq 4,08 milyon və 5,72 milyon km məsafədə).

Agentlikdən bildirilib ki, təyyarə ölçüsündə daha iki asteroid sentyabrın 10-da planetimizin yanından keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon km və 2,66 milyon km olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az