"Biz şagirdin davranış qaydalarını təsdiq etdik. Şagirdin məkətəbə telefon gətirməsi məktəbin daxili qayda-qanunu ilə tənzimlənə bilər. Bu önəmli bir məsələdir. Telefon şagirdin şəxsi əmlakıdır. Biz bunu onun əlindən ala bilmərik. Amma kor-koranə istifadəsi də olmamaldır".
Manset.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda şagirdlərin məktəbə telefon aparması ilə bağlı hər handsı bir qadağanın qoyulması gündəmdə deyil:
"İndiki mərhələdə dərsdə telefondan istifadə etmək olmaz. Məktəbə uşaq üzərində telefonla gələ bilər. Amma dərsdə bundan istifadə etmək olmaz. Gələcəkdə belə bir şeyin olması ehtimalı var".