"Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb" - MN

15:36 - 08 Sentyabr 2023

\"Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb\" - MN

Sentyabrın 8-də saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

 

Bu barədə Manset.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az