"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın şərtlərinin qəbul olunmasıdır" - Aydın Hüseynov

12:51 - 12 Sentyabr 2023

\"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın şərtlərinin qəbul olunmasıdır\" - Aydın Hüseynov

“Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşınlarının Ağdam-Xankəndi yolu ilə ünvanına çatması ilə ermənilərin humanitar şousu da başa çatdı. Artıq bu gündən bu yolun istifadəyə açıq olduğu və Azərbaycanın prinsipial şərtlərinin gerçəkləşdiyi öz təsdiqini tapdı. Bu, Qarabağdakı separatçıların və onların havadarlarının siyasi manipulyasiyalarının fiaskoya uğraması və Azərbaycanın növbəti qələbəsidir. Xankəndindəki qondarma rejim Azərbaycan Konstitusiyasına və qanunlarına bundan sonra tabe olmağın yeganə yol olduğunu da anlayacaqlar.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.


Millət vəkili qeyd edib ki, ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş maşınların bundan sonra Ağdam-Xankəndi yolu ilə hərəkəti rəsmiləşmiş oldu və ermənilərə humanitar dəstək göstrəmək istəyən Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu yoldan istifadə edə bilər. Azərbaycan bu yolun daha etibarlı və srfəli olmasını ilk gündən bəyan edib və artıq bu reallıq göz önündədir.  


A.Hüseynov deyib ki, artıq beynəlxalq birlik qarşısında süni humanitar blokada yaratamağa və şou ilə ictimaiyyəti çaşdırmağa çalışan ermənilərin oyunları da bitdi. Bu, eyni zamanda, separatçıların yük maşınlarını qəbul etməyəcklərinə dair bəyanatlarının və Əsgəranda yolu bağlayan yerli radikalların hay-küylərinin də iflasa uğradığını tədqilədi. Eləcə də Ermənilərin və onları himayə edən güclərin də artıq bu təxribatlarına son qoyuldu, onlar humanitar yardımı və yol-logistika təchizatı ilə bağlı məsələni  məsələ başqa səmtə çəkərək öz çirkin oyunlarına alət etməyə, humanitar bağlantını siyasiləşdirməyə çalışmaq cəhdləri də fiaskoya uğradı. Bunnla da ermənilər və separatçıları Azərbaycanın qanunlarına tabe olmaqlardan başqa çıxış yolu olmadıqlarını və Azərbaycan dövlətinin irəli sürdüyü bütün şərtlərlə razılaşmağa məcbur olduqlarını nümayiş etdirir. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, möhkəm qətiyyətinin və qələbə əzmkarlığının təntənəsidir.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az