Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldılar

20:11 - 13 Sentyabr 2023

Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldılar

Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər.

 

Manset.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarılıb.

Eyni zamanda S.Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vəzifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar./report


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az