Hindistanın Uttar-Pradeş ştatında son üç gündə yağan güclü yağışlar nəticəsində azı 28 nəfər ölüb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, şənbə günündən etibarən ştatın bir sıra rayonlarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərə iki gün ərzində 100 mm-dən çox, Bəhrayç və Barabanki rayonlarına isə cəmi 24 saat ərzində 250 mm-dən çox yağış düşüb. Sentyabrın 14-15-də ştat üzrə güclü yağışın davam edəcəyi, sonra isə yalnız zəif yağış yağacağı gözlənilir.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, Benqal körfəzi üzərində aşağı təzyiq zonası formalaşır və buna görə də yaxın iki-üç gündə sahilyanı Odişa əyalətində leysan və tufan gözlənilir.