Bakıda avtotəmir sexindən oğurluq edən keçmiş məhkum SAXLANILDI

16:59 - 16 Sentyabr 2023

Bakıda avtotəmir sexindən oğurluq edən keçmiş məhkum SAXLANILDI

Bakıda avtotəmir sexindən oğurluq edən keçmiş məhkum saxlanılıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az