Ağdaşda avtomobil velosipedçini vuraraq öldürdü

10:03 - 22 Noyabr 2023

Ağdaşda avtomobil velosipedçini vuraraq öldürdü

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi VAZ-21065 minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az