DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

23:18 - 22 Noyabr 2023

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının bəzi ərazilərində sabah qaz təchizatı məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə  "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Tbilisi prospekti" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az