PFL Premyer Liqada 2 oyunun saatını dəyişdi

14:15 - 23 Noyabr 2023

PFL Premyer Liqada 2 oyunun saatını dəyişdi

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının 14-cü turunun  oyun cədvəlində dəyişiklik edilib. 

 

Manset.az PFL-in saytına istinadən xəbər verir ki, “Səbail  klubunun müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən saat 18:30-da (25 noyabr) başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə”  - “Araz Naxçıvan” (9 dekabr)  oyununun startı saat 18:00-dan 17:00-a keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az