Bugünkü yanğında ölən şəxs tanınmış stilistin dayısıdır - FOTO

15:52 - 23 Noyabr 2023

Bugünkü yanğında ölən şəxs tanınmış stilistin dayısıdır - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib. Yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzun dayısıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az