Bakı və Sumqayıtda havada dəm qazının miqdarı artıqdır

19:19 - 27 Noyabr 2023

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı artıqdır

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan çox olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoprik vəziyyətlə əlaqədar lokal xarakterlidir və gecə saatlarına qədər davam edəcəyi gözlənilir.

"Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az