Sabiq deputat köməkçisinə yeni vəzifə verildi - FOTO

14:04 - 30 Noyabr 2023

Sabiq deputat köməkçisinə yeni vəzifə verildi  - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov özünə yeni köməkçi təyin edib. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Gülməmmədov Sahib Azər sözügedən qurumun İdarə Heyəti sədrinin köməkçisi təyin olunub. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Sahib Gülmməmədov 2020-2021-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının "Gənc sahibkarlarla iş” komitəsinin katibi olub. 2020-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat köməkçisi olaraq fəaliyyət göstərib.

2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərir.

Layihələrin idarəedilməsi, Rəqəmsal marketinq, PR və kommunikasiya mütəxəssisidir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az