Yeni nazir Aparat rəhbərini işdən çıxarıb - FOTO

16:18 - 04 Dekabr 2023

Yeni nazir Aparat rəhbərini işdən çıxarıb - FOTO

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az