Aşıqlı kənd sakinləri "Açıq mikrofon"da - FOTOLAR

17:30 - 05 Dekabr 2023

Aşıqlı kənd sakinləri \"Açıq mikrofon\"da - FOTOLAR

Həftənin sayca 2-ci "Səyyar qəbul otağı" Göygöl rayonunda təşkil olunub. Gəncə RQİİ-nin rəisi giriş sözü ilə aksiyanı açıq elan etdikdən sonra mikrofon Aşıqlı kənd sakinlərinin ixtiyarına verilib.

 

Manset.az xəbər verir ki, kamera önünə çıxanların əksər hissəsi uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər.

Digər müraciətlərə gəlincə, bunlar bəzi hallarda kənddə qazın təzyiqinin zəif olması və tibb məntəqəsinin qazlaşdırılmasından ibarət olub. Sonuncu müraciət isə rayonun digər kəndinin sakinləri adından ünvanlanıb ki, bu da Üçqulağın qazlaşdırılması istəyidir. Gəncə RQİİ-nin rəhbər şəxsləri hər bir müraciəti qeydə alaraq aidiyyəti üzrə yönləndiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az