General Tofiq Bəhramovun nəvəsini rəis təyin etdi - FOTO

16:48 - 08 Dekabr 2023

General Tofiq Bəhramovun nəvəsini rəis təyin etdi - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib. 

 

Manset.az Qayanrinfo-ya istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib. 

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfatg edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az