Şəhid atası vəfat etdi

12:22 - 12 Dekabr 2023

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib.

 

Manset.az xəbər verir ki, şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az