Meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkildi - FOTOLAR

14:07 - 12 Dekabr 2023

Meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkildi - FOTOLAR

Payız əkin planına uyğun olaraq ötən həftə ərzində ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edib, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilib, toxumlar səpilib.

 

Manset.az xəbər verir ki, ötən həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 189 261 ağac əkilib, 6700 kiloqramdan artıq toxum səpilib. 

Payız mövsümü başlayandan bugünədək ölkənin meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib, 32 ton toxum səpilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az