Dekabrın 14-də “Böyük Qayıdış” Proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri bu dəfə daha 20 ailəyə, 86 nəfərə qucaq açıb. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar.
Bununla da Laçın şəhərində 383 ailə, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
07:55
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Manset.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin edilib.