Azyaşlılara siqaret satanlar cərimələndi

10:07 - 20 Dekabr 2023

Azyaşlılara siqaret satanlar cərimələndi

Qubada azyaşlılara siqaret satan şəxslər cərimələnib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az