Ukrayna prezidentini qadın təmsil edəcək - FOTO

15:38 - 20 Dekabr 2023

Ukrayna prezidentini qadın təmsil edəcək - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya yeni nümayəndəsini təyin edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu, deputat Qalina Mixaylyukdur.

Müvafiq məlumat Ukrayna Prezidenti Ofisinin saytında dərc edilmiş 823 saylı fərmanda əks olunub.

Qalina Mixaylyuk 1987-ci ildə Kiyevdə anadan olub. Odessa Dövlət İqtisad Universitetini Bank işi ixtisası üzrə bitirib. Həmçinin, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Mülki hüquq fakültəsində aspirantura təhsili alıb. Eyni zamanda, Böyük Britaniyanın York Universitetində beynəlxalq korporativ və kommersiya hüququ üzrə təhsil alıb.

2019-cu ildən Ali Radanın Hüquq-mühafizə məsələləri komitəsinin sədr müavinidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az