Güclü külək əsəcək - XƏBƏRDARLIQ

17:20 - 21 Dekabr 2023

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti haqqında xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, dekabrın 21-də günün ikinci yarısında 24-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s, 23-də gündüz yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 22-də gündüzdən 24-dək Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az