Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

13:54 - 25 Dekabr 2023

Siyəzən və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dekabr ayının 26-da Siyəzən rayonunda vətəndaşları qəbul edəcək. 
 

Manset.az xəbər verir ki, qəbul saat 11:00-da Siyəzən rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər. 
 
Qəbula yazılmaq istəyənlərin Siyəzən rayonu “2 №-li Yol İstismarı” və Xızı rayonu “1 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 
 
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 
 
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az