Turac ovlayan şəxs tutuldu

10:26 - 26 Dekabr 2023

Turac ovlayan şəxs tutuldu

Salyanın Ərəbqardaşbəyli kəndi ərazisində icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, saxlanılan M.Həsənovdan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı “Qırmızı Kitab”a düşən turac quşu və çöl dovşanı götürülüb.

Şəxsi axtarış zamanı M.Həsənovda marixuana da aşkar olunub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az