Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - FOTO

10:10 - 09 Yanvar 2024

Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - FOTO

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

 

Manset.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Şagird Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən Qafqazinfo-ya bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az