Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb

11:34 - 09 Yanvar 2024

Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb

“Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib”.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarısindən məlumat verilib.

Bildirilib ki, nəticədə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb:

“Dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur. Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır.

Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az