Bu marşrut üzrə axşam reysləri təyin edilir

12:59 - 09 Yanvar 2024

Bu marşrut üzrə axşam reysləri təyin edilir

ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günləri Bakıdan axşam reysləri təyin edir.

 

Manset.az xəbər verir ki, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı:

12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya,

14, 21, 28 yanvar və 4 fevral tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az