Bakıda 45 yaşlı kişi sirkə turşusu içərək ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, M.Hadi küçəsi ev 87 ünvanında qeydə alınıb.
1979-cu il təvəllüdlü Rüfət Məmmədov yaşadığı evdə sirkə turşusu içib. Həmin şəxs xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.