Yollar buz bağlaya bilər

11:15 - 10 Yanvar 2024

Yollar buz bağlaya bilər

“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur”. 

 

Manset.az xəbər verir ki, bunu Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qurum rəsmisi əlavə edib ki, müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az