Xaçmazda minik maşınları toqquşdu

17:48 - 12 Yanvar 2024

Xaçmazda minik maşınları toqquşdu

Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, Xudat şəhər sakini 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən “Chevrolet” və “Nissan” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisəyə səbəb “Opel”in sürücüsü A. İsmayılovun sükan arxasında halının pisləşməsi və təzyiqinin qalxması olub. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az