Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sürət həddi endirildi

11:44 - 13 Yanvar 2024

Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az